Şrift:
“Kərim xan Zənd” əsəri nəşr olunub
18.04.2017 [10:33] - Kitab evi
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu İranın Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsərini nəşr etdirib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabı fars dilindən Azərbaycan dilinə institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov çevirib.

İnstitutdan bildiriblər ki, kitabda Nadir şah Əfşarın qətlindən (1747-ci il) sonra ölkədəki vəziyyət, Lor tayfasının tarix səhnəsinə gəlməsi, Əfşarlar dövlətinin sərkərdəsi Kərim xan Zəndin hakimiyyət uğrunda mübarizə aparması, onun hakimiyyət dövrü, Kərim xanın ölümündən sonrakı dövrdə (1779-1794) xələflərinin səltənət uğrunda qanlı çarpışmaları ciddi tarixi mənbələr əsasında araşdırılıb. Müəllif, həmçinin o dövrün mədəni-ədəbi həyatına da toxunub, sənət adamlarının yaradıcılığından bəzi nümunələr verib.

Nəşrin elmi redaktoru və “Ön söz” ün müəllifi tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, redaktoru filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed