Şrift:
Cənub bölgəsində arıların 40 faizi tələf olub
18.04.2017 [10:42] - Gündəm, Sosial
Azərbaycanın cənub gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

Astara sakini Üzün illərdir arıçılıqla məşğul olan Yaşar Ağayev bildirib ki, bu il çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər.

Səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün dərman preparatlarının keyfiyyətsiz olmasıdır.

Arıçılar cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, artıq müvafiq qurumlar vəziyyətdən xəbərdardılar. Lakin vaxtında bu problemə baxılmasa yenidən kütləvi qırılma halları müşahidə oluna bilər. Fermerlər bu il balın qiymətinin yüksək olacağını deyirlər. Çünki arı ailələrinin qırıldığı halda məhsulda bir qədər az olacaq, buda balın qiymətinə təsirsiz ötüşməyəcək. Ötən il balın bir kq 15 manata satılırdısa, bu il 20-25 manata satılacaq.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed