Şrift:
“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub
18.04.2017 [10:43] - Siyasət
“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub.

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər.

Söhbət zamanı həmçinin Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb. Ölkə liderləri ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər.

Qeyd edək ki, “Normand dördlüyü” formatında danışıqlara 2014-cü ildə başlanılıb. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatının 70-ci ildönümünə həsr olunmuş tədbirdə ilk dəfə bir araya gələrək Donbasdakı böhranı müzakirə ediblər. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed