Şrift:
Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 10 məktəbli xəstəxanalıq oldu
18.04.2017 [10:46] - Hadisə
Qırğızıstanın Balıkçı ərazisində yerləşən məktəblərdən birində şagird və müəllimlər naməlum qazdan zəhərləniblər.
Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Fövqəladə hadisə 3 nömrəli məktəbdə qeydə alınıb.
5 şagird ağır vəziyyətdə şəhər xəstəxanasının reanimasiyasıya bölməsinə yerləşdirilib. Daha 5 nəfər isə travmatologiya bölməsinə aparılıb.
Yüngül xəsarət alanlara hadisə yerinə gələn tibb briqadası ilkin yardım göstərib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, həkimlər və yanğın söndürənlər cəlb olunub.
Araşdırmalar aparılır, hadisənin səbəbi tam olaraq müəyyən edilməyib.
Könül Cəfərli
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed