Şrift:
Suriyada daha 1 “Sepah”çı öldürülüb
18.04.2017 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqiulab Keşikçiləri Korpusunun (“Sepah”) daha 1 üzvü Muctaba Rzayi, Suriyada gedən savaşda öldürülüb.

Bir neçə həftə əvvəl Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın “Fatimiyyun” briqadası üzvü, bu ölkənin Hemah əyalətində Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Bildirilir ki, cəsədi ölkəyə gətirilən “Sepah”çı, aprelin 18-də İranın Şəhriyar şəhərinin yaxınlığındakı Bağıstan qəsəbəsində torpağa tapşırılacaq.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed