Şrift:
Vəraminin millət vəkili: “Sel bölgəsi Həsən Ruhani üçün əhəmiyyət daşımırdı...”
18.04.2017 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vəramin şəhərinin İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi Azərbaycanda baş verən sel fəlakətinə toxunaraq təbii fəlakətin ölkə prezidenti Həsən Ruhani üçün əhəmiyyət daşımadığını deyib.

O bu barədə “Fars News” xəbər agentliyinin müxbirinə danışıb.

“Azərbaycanda sel fəlakətinin baş verdiyi bir vaxtda, Həsən Ruhani yeni projelərin açılışı üçün Osləviyyə şəhərinə səfər etdi. O təbii fəlakət bölgəsinə getmək yerinə Osləviyyə şəhərinə səfər etməklə göstərdi ki, onun üçün seçkilərə yönəlmiş təbliğat daha çox əhəmiyyət daşıyır”- deyə H.Nəqəvi qeyd edib.

Millət vəkili dövlətin sel bölgəsinə yetəri qədər diqqət yetirmədiyi barədə məlumatlı olduğunu da diqqətə çatdırıb.

“Biz gözləyirdik ki, prezident bu xəbəri eşidəndən sonra Osləviyyəyə səfərini ləğv etsin. Əslində oradakı projelərin əksəriyyəti açılışa hazır deyil, bəzilərinin isə açılış mərasimi keçirilib. Bütün bunlar təbliğat məqsədi güdür”- deyə o əlavə edib.

Xatırladaq ki, İran rəhbərliyi aprelin 14-də Azərbaycan şəhərlərində çox sayda insan tələfatı, böyük maddi ziyan və digər ağır nəticələr törədən sel fəlakətinə çox zəif reaksiya verdi. Bu günədək Enerji naziri Həmid Çitçiyan istisna olmaqla heç bir yüksək rütbəli hökumət rəsmisi təbii fəlakət bölgəsinə səfər etməyib.

N.S
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed