Şrift:
“Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi
18.04.2017 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı yaydığı təhqiramiz yazıya görə soydaşlarımızın etirazına səbəb olan “Həmşəhri” qəzeti mövqeyini 180 dərəcə dəyişməli oldu.

İlk olaraq “Sel gəldi tamaşaçıları” apardı başlığı altında xəbər yayan qəzet bu dəfə məsulları fəlakət bölgəsinə “tamaşaçı” kimi baxmaqda və lazımi tədbirlər almamaqda günahlandırıb. Qəzet birinci xəbərində təbii fəlakətdə ölənləri öz cahilliklərinin qurbanı olduğuna eyham vurmuşdur.

“Bizimlə çoxlu insan əlaqə saxlayır və məsulların hadisə ilə bağlı xəbərdarlıq etmədiklərini bildirərək təbii fəlakət bölgəsinə vaxtında yardım çatdırılmadığından narahatlıqlarını dilə gətirirlər”- deyə “Həmşəhri"nin dünənki sayında qeyd olunub.

“Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed