Şrift:
QMİ sədri Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək
19.04.2017 [10:19] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına gedəcək.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir.
Şeyxülislam A. Paşazadə, həmçinin, Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransa da qatılacaq.
Səfər çərçivəsində Şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed