Şrift:
Müəmar Qəddafi BMT-yə müraciət edib
15.09.2011 [14:07] - Gündəm
Cəmahiriyyə liderinin Sirtdə gedən döyüşlərdə şəxsən iştirak etdiyi bildirilir

Müəmar Qəddafi BMT-yə müraciət edib. O, BMT-ni Sirt şəhərini NATO-nun vəhşiliyindən qorumağa çağırıb. "Sirtdəki cinayətin qarşısını almaq üçün BMT tədbir görməli və məsələyə müdaxilə etməlidir". Qəddafinin bu müraciətinin tam mətni Suriya telekanallarından birində yayımlanıb. Onun Təhlükəsizlik Şurasına çatıb-çatmaması hələ məlum deyil.

Qəddafinin anadan olduğu Sirt şəhərində hazırda ağır döyüşlər gedir. Müxalifət şəhərə ağır texnika və artilleriya yeridib. Bəzi məlumatlara görə, Cəmahiriyyə lideri Sirtdə müxalifətə qarşı döyüşənlər arasındadır.
Bu gün Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Trippoliyə səfər edəcək. Onlar keçid hökumətinin rəhbərləri ilə görüşəcək.
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed