Şrift:
İran prezidenti SEPAH-ı tənqid edib
19.04.2017 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin iqtisadi məsələlərinə müdaxilə etməsini tənqid edib.

İranın Müdafiə Gününə həsr olunmuş tədbirdə çıxış edən H. Ruhani bildirib ki, silahlı qüvvələrin iqtisadi məsələlərlə yaxından maraqlanması əsas vəzifələrini icra etməyə maneçilik törədir.

Xatırladaq ki, bir müddət əvvəl SEPAH-ın sabiq komandiri Mohsen Rezai İran iqtisadiyyatının idarə olunmasını SEPAH-a həvalə edilməsini məqsədəuyğun hesab etdiyini bildirib, ölkənin hakimiyyət orqanlarının bu vəzifənin öhdəsindən gələ bilmədiyini deyib.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed