Şrift:
Türkiyə və Yunanıstan arasında GƏRGİNLİK: gəmilər 2 metrə məsafədə üz-üzə gəldi
19.04.2017 [10:55] - Gündəm, Hərb
Türkiyə və Yunanıstanın sahil mühafizə gəmiləri arasında qarşıdurma yaşanıb.

Yunanıstana məxsus gəmi Bodrumun gümüş məhəlləsinin 2 min metr məsafəsində yerləşən Çavuş Adasının önünə gəlib.

Türkiyənin mühafizə gəmiləri yunan gəmisini qovaraq, bölgədən uzaqlaşdırıb.

Hər iki ölkənin gəmilərinin bir-birinə iki metrə məsafəyə qədər yaxınlaşdığı deyilir. Yunan gəmisi Kardak adalarına doğru üzmək istəsə də, türk gəmilər ona imkan verməyib.

Qeyd edək ki, Kardak adaları Türkiyə və Yunanıstan arasında münaqişəyə səbəb olub.

Asif
Bu xəbər oxucular tərəfindən 253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed