Şrift:
Türkiyə şirkəti Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkəcək
19.04.2017 [11:00] - Xəbərlər, Mədəniyyət
Politoloq Ramiz Alıyevin ideya müəllifliyi ilə Türkiyənin tanınmış film və televiziya proqramları şirkəti olan “Renk Media” şirkəti Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” filmini çəkmək üçün hazırlıqlarını başa çatdırıb.

Filmin ideya müəllifi bildirib ki, bu layihənin üzərində artıq 2 ilə yaxındır işlər gedir və yaxın günlərdə filmin çəkilişlərinə başlanılacaq.

Filmi çəkəcək şirkətin sahibi Hamit Tuncel Milli Qəhrəman Mübariz İbrahimovun həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhrəmanı olduğunu söyləyib. Ramiz Alıyevdən belə bir qəhrəman haqqında film çəkmək ideyası gələndə çox sevindiyini, bunun həm özü, həm də komandası üçün böyük bir şərəf olduğunu bildirib.

Hamit Tuncel deyib: “ Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorlar və aktrisalardan istifadə ediləcək. Ekran əsərində Azərbaycanın illərdir müdafiə etdiyi haqlı iddiaları - Xocalı və Qarabağ haqqında bölmələr də olacaq. Bununla da milli davamızı bütün dünyaya izah etmiş olacağıq”.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed