Şrift:
Akademik Vaqif Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb
19.04.2017 [22:57] - Köşə yazarları, Mədəniyyət
Bakı şəhəri
19aprel 2017-ci il


AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında
AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülmüş
alimin adı açıqlanıb.
Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev
yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması
sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə
görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq
görülüb.
Vaqif Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində tanınmış
alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları,
yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və
onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu
maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib
hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların
funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının
effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental
tədqiqatlar aparır.
Vaqif Fərzəliyev 670 elmi əsərin, o cümlədən 114 müəlliflik
şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir.
Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunub. 120-dən çox
elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və
indeksləşdirilən jurnallarda nəşr olunub. Beynəlxalq (CRDF, STCU) və
respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olub.
V.Fərzəliyev elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi
nəticələrin xalq təsərrüfatına tətbiqinə görə “Əməkdə Fərqlənməyə
görə” və “Əmək veteranı” medalları, “Şöhrət” ordeni, Əməkdar elm
xadimi fəxri adı, dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının
Fəxri Fərmanı ilə təltif edilib. Rusiya Elmlər Akademiyasının təsis
etdiyi “Akdemik N.M.Emanuelin xatirəsi” medalı və diplomla, Avropa
Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin
Fırat Universitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə
medalları ilə mükafatlandırılıb.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed