Şrift:
Azərbaycan müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
20.04.2017 [10:17] - Xəbərlər, Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlər zamanı qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.
Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.
Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed