Şrift:
Gəncədə təntənəli “Su festivalı” keçirilib
20.04.2017 [10:21] - Gündəm, İdman
Xəzər dənizindən start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti çərçivəsində Gəncədə təntənəli “Su festivalı” keçirilib.
Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən tədbirində minlərlə sakin iştirak edib.
Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva çıxaraq müxtəlif mahnılar ifa edib. Daha sonra Gəncə Şəhər Musiqi Kollecinin tələbələrinin ifasında milli mahnılar səsləndirilib.
"Mirvari" rəqs qrupu və "Buta" vokal ansamblının ifası ilə davam edən festivalda möhtəşəm su effektləri də izləyicilərə nümayiş olunub. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed