Şrift:
Bakıda silahlı insident baş verib, 1 nəfər yaralanıb
20.04.2017 [10:23] - Hadisə
Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.
1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed