Şrift:
Venesuelada nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb
20.04.2017 [10:25] - Hadisə
Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən genişmiqyaslı nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb.
Bu barədə "Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının sədri, vəkil Alfredo Romero öz "Twitter" mikrobloqunda yazıb.
“İndiyədək bütün Venesuela ərazisində 400-dən çox insan saxlanılıb”, — deyə o bildirib.
Beləliklə, aprelin əvvəlindən etiraz aksiyaları zamanı saxlanılanların ümumi sayı təqribən min nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed