Şrift:
“Sepah”ın daha 10 üzvünün cənazələri İrana gətirilib
20.04.2017 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 10 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb.

Suriya prezidenti Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın “Fatimiyyun” briqadası üzvləri, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Onların Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazələri ölkəyə gətirilən “Sepah”çıların (Abdulla Şücayi, Seyid Əhməd Hüseyni, Məhəmməd Heydəri, Sərvər Kərimi, Aman Əlidad, Məhəmməd İslami, Məhəmməd Mehdi Qurbani, Zahir Aşuri, Rza Əxlaqi və Seyid Bağır Musəvi) aprelin 19-u və 20-də İranın Qum və Məşhəd şəhərlərində torpağa tapşırılacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed