Şrift:
Mosulun daha iki rayonu İŞİD-dən təmizlənib
21.04.2017 [10:38] - Xəbərlər, Hərb
İraq ordusu qərbi Mosulun daha iki rayonunu İŞİD silahlılardan geri alıb. Güc strukturları At-Tavra rayonunu tamamilə azad ediblər. Əməliyyatların birləşmiş komandanlığı, həmçinin Nasr rayonunun azad olunduğunu bildirib.
Hazırda İraq hərbçiləri və başda ABŞ olmaqla beynəlxalq koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyatları davam etdirir. Hökumət qüvvələri hələ mart ayında Mosulda terrorçuların tam mühasirəyə alındığını və onların Suriyadakı yaraqlılarla əlaqələrinin kəsildiyini bəyan etmişdi. Güc strukturları şəhərin qərb hissəsinin üçdəikisinin nəzarətə alındığını bildirmişdilər.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed