Şrift:
Rusiya Ermənistanda gecə saatlarında hərbi uçuş təlimləri keçirib
21.04.2017 [10:39] - Hərb
Cənub Hərbi Dairəsinin təyyarəçiləri Ermənistanda hərbi bazada hücum və nəqliyyat vertolyotlarında gecə təlim uçuşları keçiriblər. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev xəbər verib.
Xidmət rəisi əlavə edib ki, təyyarəçi və borttexniklər bu təlimlər nəticəsində attestasiyadan keçmiş olacaqlar. Onun sözlərinə görə, təlimdə iştirak edənlər qaranlıq saatlarda hərəktdə olan və hərəkətsiz hədəflərin, bronotexnikanın, eləcə də pilotsuz uçuş apartları da daxil olmaqla alçaqdan uçan təyyarələrin aşkar edilməsi üzrə 50 normativ yerinə yetiməli olacaqlar.
V.Astafyev qeyd edib ki, təlimlərdə 100-dən artıq hərbçi, 50 ədə hərbi və aviasiya texnikası iştirak edir.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed