Şrift:
ABŞ Çinə mesaj verir, Rusiya isə müharibədən qorxur
21.04.2017 [10:40] - Gündəm, Hərb
ABŞ-la Rusiya arasında gərginliyin artması fonunda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, istefada olan ganeral Maykl Hayden şərh verib.

Maykl Hayden CNN-ə müsahibəsində bildirib ki, Rusiya hazırda daha zəifdir. “Təbii ki, heç kim Rusiya ilə vuruşmaq istəmir. Amma bir məsələ də var – ruslar da bizimlə döyüşmək istəmirlər”-deyə o bildirib.

Onun bu fikri beynəlxalq KİV-lərdə “Rusiya müharibədən daha çox ehtiyat edir, nəinki Amerika” mülahizəsinə yol açıb.

General onu da qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə bağlı yürütdüyü siyasət, Əfqanıstandakı İŞİD mövqeyini qeyri-nüvə bombası ilə məhv etmək, Suriya rejiminin hərbi bazasını raketlərlə vurulması qərarı düzgün və ağıllı strategiyadır.

Bununla belə o söyləyib ki, Şimali Koreyanın Tramp və onun komandasının laqeydliyi narahat edicidir. O, ABŞ-ın vitse-prezidenti Mayk Pensin Cənubi Koreya da daxil olmaqla, Asiya-Sakit Okeanı Hövsəzi ölkələrinə səfər etməsini isə daha çox Çinə mesaj kimi dəyərləndirib.

“Bu siqnal Şimali Koreya üçün nəzərdə tutulmayıb. Biz Çinə təsir etmək istəyirik ki, Pekin Şimali Koreyaya təzyiqləri gücləndirsin”.

Aqşin KƏRİMOV
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed