Şrift:
Azərbaycanda qanunsuz övladlığa götürmənin cəzası sərtləşdirilir
21.04.2017 [10:45] - Hüquq
Azərbaycanda qanunsuz olaraq övladlığa götürməyə görə cəza ağırlaşdırılır. Bu, Cinayət Məcəlləsinin 174-cü (Qanunsuz olaraq övladlığa götürmə) maddəsinə təklif edilən edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, maddənin sanksiya hissəsində “100 manatdan 300 manata qədər” cərimə “1500 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed