Şrift:
Dünya Gənc Türk Yazarlar Birliyindən yeni layihəyə
26.04.2012 [16:19] - Gənclik
“Davam.az”ın verdiyi xəbərə görə, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) "Azərbaycanın maddi və qeyri-maddi irsinə qarşı erməni vandalizmi" adlı layihənin icrasına start verib.

Layihə Azərbaycan Preizdenti yanında QHT-lərə Dövlət Ədəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşir. İki mərhələdə həyata keçiriləcək layihə çərçivəsində Türkiyədə uyğun mövzulu kitab nəşri, onun geniş təqdimat törəninin düzənlənməsi, habelə kitabın qardaş ölkə kitabxanalarına, aparıcı universitetlərə, kültür ocaqlarına pulsuz paylanması nəzrədə tutulub. Kitab, eyni zamanda pdf formatında dgtyb.org-da və dost saytlarda yerləşdiriləcəkdir. (Sözügedən kitabın müəllifləri, Xocalı soyqırımının şahidi, müharibə veteranı, "Tərəqqi" medallı jurnalist Şamil Sabiroğlu və "Xalq Qəeti"nin əməkdaşı Əfsanə Bayramqızıdır.) 4 ay müddətində gerçəkləşdiriləcək layihə çərçivəsində Ankarada sərgi təşkil olunması da planlaşdırılır.

Layihənin rəhbəri yazıçı-publisist Əkbər Qoşalıdır.
Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed