Şrift:
Almas İldırımın 110 illik yubileyi
21.04.2017 [11:06] - Mədəniyyət
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş "Vətən həsrətli mühacir şair" adlı tədbir keçirib. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib.

Universitetdən bildirilib ki, tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva çıxışında Almas İldırımın 110 illik yubileyinə həsr olunan silsilə tədbirlərin Prezidentin Sərəncamı ilə bütün ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu bildirib. İstedadlı şair Almas İldırımın keşməkeşli ömür yolundan, yaradıcılığından bəhs edən Oqtay Rza şairin azadlıq və Vətən eşqi ilə yazıb-yaradaraq çətin, lakin şərəfli həyat yolu keçdiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed