Şrift:
“Traxtur” Tehranın “İstiqlal” komandasını şumladı
21.04.2017 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Səhənd stadionunda yerli vaxtla saat 17:45-də bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” takımı arasında başlayan görüş bu dəqiqələrdə meydan sahibinin xeyirinə başa çatdı.

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub.

Bununlada “Traxtur” ən prinsipial və həlledici görüşdə paytaxt komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb və 53 xalla (imtiytaz) turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.

“Traxtur”-“İstiqlal” görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.

“Traxtur” tərəfdarları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar.

N.S
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed