Şrift:
Mahnişanda “Yeddinamə” kitabının təqdimat mərasimi keçirilib
21.04.2017 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan Vilayətinin Mahnişan şəhərində “Yeddinamə” kitabının təqdimat mərasimi keçirilib.

Şair Mirza Sadiqi Oryadi Manişaninin şeir əsəri Əli Məhəmməd Bəyani tərəfindən tərtib edilib.

Zəncan Vilayəti İslami İrşad və Mədəniyyət İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən yayılan məlumatda kitabın Qacarlar dövrünə aid olduğu bildirilib.

“Kitabı tərtib edərkən məlum oldu ki, onun şairi Mirza Sadiqi Oryadi Manişani hicri-qəməri təqvimi ilə 1200-cü ildə Mahnişanda doğulub. O 1267 və 1268-ci illərdə Zəncanda baş verən hadisələrdən yazıb. Şair həmçinin məşhur 7 sevgi dastanını xülasə edərək yazıb, lakin bizim əlimizə çatan sadəcə “Leyli və Məcnun” dastanıdır”. Kitabın ən böyük özəlliyi isə bir neçə şairin çap olunmamış şeirlərinin həmin əsərdə qeyd olunmasıdır”- deyə Əli Məhəmməd Bəyani bildirib.

“Yeddinamə” kitabı 1000 nüsxə tirajla “Zəncan Nikan Kitab” nəşriyyatı tərəfindən nəşr olunub.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed