Şrift:
Müəllimlər ev tələbi ilə etiraz aksiyası keçirdi – Zəncanda
21.04.2017 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup müəllim aprelin 20-də Zəncan Valiliyi qarşısında etiraz aksiyası keçirib.

Əllərində banner daşıyan müəllimlər 11 ildir gözlədikləri tikinti layihəsinin başa çatmadığı və hələ də evlərinin təhvil verilmədiyindən şikayətləniblər.

Onlar son iki ildə qeyd olunan problemə görə dəfələrlə Valilik qarşısına toplaşıb, podratçılara (peymankar) tikinti layihəsini təhvil vermədikləri üçün etiraz ediblər.

Qeyd edək ki, sözü gedən tikinti layihəsinin təməli Mahmud Əhmədinnəjad dövründə qoyulub. 11 il ərzində layihənin 90 faiz işləri görülüb, lakin hələ də işlər yekunlaşmayıb. 4 il öncə layihənin podratçısı dəyişib.
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed