Şrift:
Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik
21.04.2017 [16:31] - Gündəm, Mədəniyyət, Bildiriş
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK əməkdaşları tərəfindən cəsur komandir - polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi, "Danimarka-Azərbaycan dostluq cəmiyyəti"nin sədri Elxan Hüseynov haqqında Vikipediyanın Azərbaycanca bölməsində məqalə yaradılıb.

Eyni zamanda, bu məlumatlar MEK layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaşı bazasında da milli dəyər kəsb edən məlumat kimi daxil edilib.

Qeyd edək ki, Elxan Hüseynov ömrünün böyük bir hissəsini Azərbaycanın müstəqilliyi işinə həsr edib, Qarabağ müharibəsində hərbi əməliyyatlarda fəal iştirak edib. Elxan Hüseynov istefada olan polkovnik idi. Tərtərin müdafiəsində onun böyük xidmətləri olub. Elxan Hüseynov həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olub.

Xatırladaq ki, tariximizin, mədəniyyətimizin təbliğini fəaliyyətinin əsası olaraq qəbul edən və bu istiqamətdə fasiləsiz olaraq çalışan MEK əməkdaşlarının əməyi nəticəsində Vikipediyada müxtəlif dillərdə 20 Yanvar şəhidləri, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş səhifələr yaradılıb.

Linkə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:

TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed