Şrift:
Türkiyədə keçirilən antiterror əməliyyatlarında 5 hərbçi həlak olub
22.04.2017 [10:45] - Gündəm, Hadisə
Türkiyənin təhlükəsizlik qüvvələrinin son həftə ərzində Şırnak, Hakkari, Diyarbəkir, Batman, Mardin və Bitlis vilayətlərində keçirdiyi antiterror əməliyyatları çərçivəsində 45 PKK terrorçusu zərərsizləşdirilib.
"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyatlar zamanı 5 hərbi qulluqçu həlak olub, daha 5 nəfər yaralanıb.
Baş Qərargahdan həmçinin bildirilib ki, 2016-cı ilin avqustundan Suriyanın şimalında 243 yaşayış məntəqəsi terrrorçulardan təmizlənib. Bununla da azad edilmiş ərazilərin sahəsi 201 kvadrat kilometrə çatıb. Hazırda El-Bab, Kabbasin və Bzaqah rayonlarının minalardan təmzilənməsi davam edir.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed