Şrift:
Azərbaycanın şimal-qərb rayonlarına qazın verilməsində problem yaranıb
14.10.2011 [10:24] - Gündəm
Azərbaycanın şimal-qərb bölgəsinə qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, bu gün saat 08:00 radələrində ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala və Qax) təbii qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) APA-nın yerli bürosuna verilən məlumatda bölgənin üç rayonuna qazın verilməsinin dayandırılması faktı müvəqqəti olduğu bildirilib. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərinin 105, 107 və 120-ci kilometrliyində qaz sızmalarının aşkar edilməsi faktları göstərilib. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları qaz sızmaları aşkar edilən ərazilərdə təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması və bölgəyə qazın verilməsinin bərpa edilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed