Şrift:
Türkiyə Super Liqasında növbəti mövsümün başlama vaxtı açıqlanıb
24.04.2017 [10:21] - İdman
Futbol üzrə Türkiyə Super Liqasında 2017-2018 mövsümünün başlanma vaxtı açıqlanıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar verib. Qərara əsasən, yüksək liqaya avqustun 11-də start veriləcək. Cari mövsümün çempionu və ölkə kubokunun qalibi arasında Türkiyə Super Kuboku uğrunda matç isə avqustun 6-da olacaq. Superkubok oyununun yeri və növbəti mövsümlə bağlı bütün planlaşdırmalar növbəti həftələrdə açıqlanacaq.
Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında Azərbaycan yığmasının üzvlərindən yalnız Deniz Yılmaz çıxış edir. O, "Bursaspor" klubunda forma geyinir. Slovakiya "Jilina"sında icarə əsasında oynayan Ramil Şeydayev isə müqavilə əsasında "Trabzonspor"a məxsusdur.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed