Şrift:
Fələstin lideri Mahmud Abbas Moskvaya səfər edəcək
24.04.2017 [10:23] - Siyasət
Fələstin lideri Mahmud Abbas mayda Moskvaya işgüzar səfər edəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Səfər çərçivəsində M.Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, Moskvada Fələstin-İsrail danışıqlarının keçirilməsi perspektivləri müzakirə ediləcək. Fələstin liderinin həmçinin bir sıra Rusiya siyasətçiləri, ictimai və dini xadimləri ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Fələstinin Rusiyadakı səfiri M.Abbasın mayın 11-də Moskvaya səfər edəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed