Şrift:
ADMİU tələbələr ilə Qazaxıstanlı tələbələrin birgə konserti
24.04.2017 [10:31] - Türk dünyası-Turan
Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının birgə layihəsi çərçivəsində tədris, tələbə mübadiləsi və elmi fəaliyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Universitetdən bildirlib ki, "Estrada sənəti" kafedrasının müdiri, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevanın rəhbərliyi altında akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistrları kafedranın tələbələri ilə birgə konsertdə iştirak ediblər.

Konsertdə Miras Sabitov "Sarı gəlin" Azərbaycan xalq mahnısı, Tolqanay Pazılakın Qazaxıstan xalq mahnıları, IV kurs tələbəsi Kamran Əhmədov və Miras Sabitov "Gül açdı" xalq mahnısı, II kurs tələbələri Natiq Yusibov, Məlik Məmmədov, III kurs tələbəsi Məhəmməd Məmmədli və Pazılakın Tolqanay J.Kosma "Autumn leaves", J.Mandel "The shadow of your smile", Kamran Əhmədov və Tolqanay Pazılakın J.Herman "Hello, Dolly" mahnılarını ifa ediblər.

Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələri təbrik edib, elmi-təcrübə zamanı onlara dərs keçən müəllimlərə təşəkkürünü bildirib. Sonda qazaxıstanlı tələbələrə xatirə hədiyyəsi verilib.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed