Şrift:
Fərəc Quliyev: Millət kimi bizim genetik olaraq yaradıcılıq potensialımız vardır (video)
24.04.2017 [12:42] - Xəbərlər, Siyasət, İqtisadiyyat, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai televiziyanın “Diqqət mərkəzi” verilişində Azərbaycanda qeyri-neft sektorunun inkişafına həsr edilmiş müzakirəyə qatılıb.
Fərəc Quliyev bildirib ki, bu gün dövlətin əsas məqsədlərindən biri
ticarətdə neft sektoru sayəsində olan müsbət saldonun qeyri-neft sektorunun hesabına əldə edilməsinə nail olmaqdır. Bunun üçün isə kifayət qədər potensialın olduğunu bildirən millət vəkili hesab edir ki, sahibkarlara şəraitin yaradılması və sahibkarların standartalara cavab verən istehsala nail olmaları bu prosesdə əsas şərtlərdir. Fərəc Quliyev bildirib ki, millət kimi bizim genetik yaradıcılıq potensialımız vardır, dünyaya çox mütərəqqi məsələlər gətirən və yenilikçi olan türklər tarixən, elə bu gün də böyük uğurlara qısa zamanda imza atmağı bacaran bir millətdir. Bu baxımdan, partiya sədri bildirir ki, bizim üçün bütün sahələrdə, o cümlədən iqtisadiyyatın güclü qurulmasında və inkişafında da əsas amil insan potensialı ilə düzgün və səmərəli davranışdır.
Qeyd edilən məqamlarla bağlı Fərəc Quliyevin həmin verilişdə nümunələr təqdim etməklə verdiyi ətraflı şərhin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed