Şrift:
Ukrayna Azərbaycanlı Gənclər Birliyin iki yaşı qeyd edilib
27.04.2012 [12:22] - Gənclik
Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyin yaranmasının 2 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Toplantıda Ukraynanın müxtəlif vilayət və şəhərlərindən gəlmiş 300 nəfər gənc iştirak edib.

Hər iki ölkənin hökumət və dövlət rəsmilərinin, media və diplomatik korpus nümayəndələrinin qatıldığı tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, rəhbərlik etdiyi qurumun 2 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan gənclərin üzərinə düşən öhdəliklərdən danışıb.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli isə ölkədə gənclər siyasətinə xüsusi yer ayrıldığını vurğulayıb. Səfir Ukrayna Azərbaycanlı Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, ASAİF sədri Orxan Əkbərov, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov və başqaları birlik üzvlərini təbrik ediblər.

Ukrayna İdman və Gənclər İdarəsinin sədr müavini Sergey Olişenko, Zalatoya Fortuna Akademiyaının baş katibi Dimitri Akimov , Ukrayna Milli Televiziyasının vitse-prezidenti Valid Arfuş Birliyin həm də Ukraynanın sosial-mədəni həyatı ilə bağlı silsilə tədbirlər keçirdiyini vurğulayıblar.

Daha sonra qurumun inkişafinda xidmətləri olan gənclərə fəxri diplomlar təqdim olunub.

Daha sonra Azərbaycan və Ukrayna müğənniləri konsert proqramı ilə çıxış ediblər.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed