Şrift:
“Qələzar” körpüsünün avtomobilləri sel yatağına yönləndirən tablosu götürülüb
25.04.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti başda Azərşəhr (Tufarqan) və Əcəbşer olmaqla bir çox şəhər və kəndə ağır ziyan vurub, hadisə nəticəsində təxminən 50 nəfər insan həlak olub.

İnsanların ən çox həlak olduğu yer Azərşəhrdə Qələzar körpüsü altında olub. Bir sıra rəsmi şəxslər və mətbuat orqanlarının iddiasına rəğmən körpünün altından yol kimi istifadə olunub və avtomobillər həmin yolda hərəkət etdiyi zaman sərnişinləri ilə birlikdə sel suları altında qalıblar. Bu məsələyə ötən günlərdə azərbaycanlı millət vəkilləri də kəskin etiraz ediblər.

Məlumata görə, körpünün kənarında “Qələzar, körpünün altında keçid yolu” tablosu olub, həmin tablo avtomobilləri körpünün altından keçən yola yəni sel yatağına yönləndirib. Tablonu aşağıdakı şəkildə görə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed