Şrift:
Tehranda polis Türkiyə səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib
25.04.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, erməni Daşnaksütyun ideologiya xəttinin tərəfdarları aprelin 24-də Tehranda etiraz aksiyası keçirmək niyyətindədir.

Onlar uydurma erməni soyqırımını bəhanə edərək Türkiyə səfirliyi qarşına toplaşıb, Türkiyə və türk dünyası əleyhinə şüarlar səsləndirməyə çalışır. Lakin Azərbaycan türklərinin kütləvi etirazları və Azərbaycan Milli Hərəkat fəalları tərəfindən edilən xəbərdarlıq vəziyyəti dəyişib. Məlumata görə, Tehran polisi Türkiyə səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirərək Kərimxan xiyabanı, Firdosi meydanı, İstanbul dördyolu və Baharistan meydanını nəzarətə alıb. Görünür ki, polis azərbaycanlılar tərəfindən edilən xəbərdarlıqları nəzərə alaraq yarana biləcək qarşıdurmaların qarşısını almaq üçün önləyici tədbirlər almağa qərar verib.

Qeyd edək ki, ermənilər hər il 1915-ci il hadisələrinin ildönümü qəbul etdikləri 24 apreldə Tehrandakı Türkiyə səfirliyinin qarşısına gələrək uydurma erməni soyqırımı bəhanəsi ilə etiraz aksiyası keçirirlər.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed