Şrift:
Tehranda erməni lobbisi Türkiyə səfirliyi qarşısına toplaşır
25.04.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu dəqiqələrdə əldə edilən məlumata görə, Tehranda Asala və Daşnaksütyun qruplaşmasının tərəfdarları uydurma 24 aprel soyqırımı bəhanəsi ilə Türkiyə səfirliyi qarşısına toplaşmaqdadır.

Azərbaycanlıların bütün etirazına baxmayaraq belə bir aksiya keçirilərsə, bu milyonlarla Azərbaycan türkünə qarşı təhqir hesab olunacaq və şübhəsiz ki, növbəti etirazlara səbəb olacaq. Ən azı ona görə ki, güney azərbaycanlılar erməni canilərinin ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri cinayətlərini hələ yaxşı xatırlayırlar.

Bundan öncə Azərbaycan Milli Hərəkat fəalları radikal ermənilərin Tehranda keçirmək istədikləri etiraz aksiyası ilə bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etmişdilər.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed