Şrift:
Ermənilər Tehranda Türkiyə əleyhinə aksiya keçirdilər
25.04.2017 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 24-də İranda yaşayan ermənilər Tehran şəhərində yürüş-mitinq keçiriblər.

ASALA və Daşnaksütyun ideologiyası tərəfdarları uydurma erməni soyqırımı bəhanəsi ilə Türkiyə səfirliyi qarşısına toplaşıblar. İran təhlükəsizlik qüvvələrinin gözü qarşısında keçirilən aksiyaya heç bir müdaxilə olunmayıb. Müxtəlif plakatlar qaldıran aksiyaçılar Türkiyə və türk dünyasına qarşı şüarlar səsləndiriblər.

İran rejimi azərbaycanlıların kütləvi etirazı və Milli Hərəkat fəallarının etdiyi xəbərdarlığa baxmayaraq radikal ermənilərin Türkiyə əleyhinə aksiya keçirməsinə şərait yaradıb.

Ermənilər ötən illərdə də paytaxt Tehranda uydurma erməni soyqırımının ildönümü kimi qəbul etdikləri 24 apreldə oxşar yürüş-mitinqlər həyata keçirmişdir.

Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, erməni daşnakları və ciloların ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri faciə hələ acı xatirə kimi yaddaşlarda yaşayır. Belə bir vaxtda ermənilərin islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi Güney Azərbaycanda xüsusi qəzəbə səbəb olur.

Bu arada məşhur iranlı politoloq Sadiq Zibakəlam “Qanun” qəzetində yazdığı məqalədə ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyaya toxunub.

“Tehranda keçirilən yığıncaq ermənilərə yardım vəya humanist mülahizələrə görə deyil. Bu, Tehranla Ankaranın arasında mövcud olan kin və nifrətlə bağlıdır”- deyə S.Zibakəlam yazıb.

Qeyd edək ki, ermənilər hər il 1915-ci il hadisələrinin ildönümü qəbul etdikləri 24 apreldə Tehrandakı Türkiyə səfirliyinin qarşısına gələrək uydurma erməni soyqırımı bəhanəsi ilə etiraz aksiyası keçirirlər.

FacebookTwitterGoogle+LinkedInEmailPrintFriendlyPaylaş
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed