Şrift:
MDHP Güney Azərbaycan Departamentinin sədri, Sədr müavini Əlirza Amanbəyli
27.04.2012 [12:52] - MDH, MDHP Rəhbərliyi
Həyatı
Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın (Güney Azərbaycan) Təbriz şəhərində anadan olub. Orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986-1988-cı illərdə hərbi xidmətdə (İran-İraq muharibəsində) olub. 1989-cu ildə sovet hakimiyyəti dağılan zaman və bu hadisələrdən də çox qabaq İranda Azərbaycanlıların milli azadlığı yolunda siyasi, mədəni və ictimai fəaliyyət göstərib. Şimali Azərbaycanda başlayan milli azadlıq hərəkatında (sərhəd hərəkatı) yaxından iştirak etmək üçün 1989-cu ildən 1993-cu ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub. Orada gedən proseslərdə yaxından iştirak edib.
Qarabağ muharibəsi zamanı Güney Azərbaycandan Qarabağda yaralanan soydaşlarımıza tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdakı hərbi xəstəxanalara çatdırıb. Qarabağ döyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərin Təbriz və Tehran xəstəxanalarında Doktor Cavad Heyyətin nəzarəti altında müalicələrini təşkil etmişdir.1990-1991-ci ilərdə Naxcıvan MR rus və erməni silahlıları tərəfindən hərbi və iqtisadi blokadaya alınan zaman Təbrizdə istilik sobaları və yanacaq yardımları təşkil edərək qaçaq yolla Naxcıvana çatdırmışdır. İran rejiminin işğalçı ermənilərə maddi və mənəvi dəstəyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz aksiyaları təşkil etdiyinə və Azərbaycan Respublikasından İrana gələn soydaşlarımızla yaxın əlaqələr yaratdığına görə İranın Təhlükəsizlik məmurları tərəfindən dəfələrlə həbs edilərək ağır işgəncə və təziqlərə məruz qalıb. İran inqilab məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda günahlandıraraq ona qarşı ağır ittihamlar irəli sürüb. Lakin həmin ittihamları subut edən tutarlı faktlar olamadığından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülk girovu muqabilində müvəqqəti azadlığa buraxılsa da, yenə də rejimin təhlükəsizlik məmurları tərəfindən təqib və təziqlərə məruz qalığı üçün Müstəqil Azərbaycan Respublikasına pənah gətirib. Uzun illər Təbrizdə Azərbaycan milli musiqisini( xanəndəlik etməklə ) təbliğ edən Ə.Amanbəyli 1994-cü ildə mərhum Heydər Əliyevin göstərişi ilə Azərbaycan dövləti hesabına təhsil almaq icazəsi alıb. Həmin il Bakı Musiqi Akademiyasının muğam fakultəsinə (xanəndəlik bölümünə) daxil olub.Musuqi Akademiyasında 6 il müdətində dünya şöhrətli xanədə İslam Rzayev və Lütviyar İmanovun tələbəsi olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin lauriyatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdığına görə Fəxri fərmana layiq görülüb bir çox vətənpərvər mahnıların müəlifi və mahir ifaçısıdır. Bunlarla yanaşı, Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etməsi məqsədilə Azərbaycanın milli mənafeyini üstün tutan daxildə və xaricdə fəaliyyət göstərən siyasi, ictimai və diaspor təşkilatlarla sıx əməkdaşlıq edərək əlindən gələni əsirgəməyib. Əlirza Amanbəyli 1983-cü ildə Güney Azərbaycan Qurtuluş təşkilatının mərkəzi komitəsinin üzvü,1990-ci il 20 Yanvar hadisələrindən sonra Bakıda rus və erməni işğalçılarına qarşı Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas təşkilatının üzvü, 1992-ci ildə Quzey Azərbaycanda Xalq Cəbhəsinin (AXC) Güney Azərbaycan üzrə koordinatoru, 1997-ci ildə mərhum Əbülfəz Elçibəyin rəhbərliyilə qurulan Bütöv Azərbaycan Birliyi (BAB) rəyasət heyətinin üzvü, 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərkatının mərkəzi komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuşdur.
Xatırlatma: Əlirza Amanbəylinin babası mərhum Hacı Məhəməd Rəhim Amanbəy indiki Ermənistanın Qafan rayonunda anadan olub. Sonradan Qarabağın Zəngilan rayonuna köçməyə məcbur olunub, 1917-ci ildə qurulan SSR-yə qarşı və 1918-ci il Azərbaycan Xalq Cumhuriyətinin qurulmasında yaxından iştirak edib.1922-ci ildə Güney Azərbaycanın Üştibin vilayətinə köçüb. Bu səbəbdən istər şah rejimi və ya bugünkü fars molla hakimiyyəti tərəfindən hərzaman bu ailəyə qarşı ciddi təzyiqlər olunub.1993-cu ildən Quzey Azərbaycanda siyasi mühacir statusu alraq Bakı şəhərində yaşayır.
2007-ci ilin noyabr ayında Azərbaycan Respublikasında ailə qurub iki övladı var. 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası ilə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci ilin oktyabr ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri, www.davam.az xəbər portalının koordinatoru vəzifəsində çalışır. Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan Türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.

MDHP Güney Azərbaycan Departamentinin sədri, Sədr müavini Əlirza Amanbəyli

MDHP Güney Azərbaycan Departamentinin sədri, Sədr müavini Əlirza Amanbəyli

MDHP Güney Azərbaycan Departamentinin sədri, Sədr müavini Əlirza Amanbəyli

Əlirza Amanbəylinin Türkel Tv-yə müsahibəsini aşağıda izləyə bilərsiniz


Söz yazarı və Bəstəkarı Əlirza Amanbəyli
ƏLİRZA AMANBƏYLİNİN ifasında "YENİLMƏZ" mahnısı... "DAVAM.TV"-dən İZLƏYİN
...
Bu xəbər oxucular tərəfindən 8503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed