Şrift:
Quba məzarlığı ilə bağlı təcili müşavirə keçiriləcək
25.04.2017 [13:43] - Gündəm, Hadisə
Ötən günlərdə Azərbaycanlı deputat Vahid Əhmədov Quba məzarlığının uçulub dağılmasının qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət edib.
Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev Modern.az-a açıqlamasında bildirib ki, məsələ artıq həll olunmaq üzrədir.

“Məktub əsasında işlər davam edir..”

“Quba məzarlığında sümüklərin çürümə prosesi həddindən artıq sürətlənib. Bununla bağlı bildiyiniz kimi, Quba regionunun deputatı Vahid Əhmədov cənab prezidentə məktub ünvanlayıb. Məktub əsasında işlər davam edir . Yaxın günlərdə müşavirə keçiriləcək və arayış hazırlanıb prezidentə təklif ediləcək. Prezidentin məsələyə qarışması ilə məsələ artıq həll olunmaq üzrədir”.

“Sümüklər üzərinə şüşə örtük çəkilməlidir”

Qəhrəman Ağayev Quba məzarlığında sümüklərin çürüməməsi üçün görülməli olan tədbirlərdən də danışıb:
“Məzarlıqdakı sümüklərin çürüməməsi üçün mütləq müvafiq qurumlar tədbirlər görməlidir. Belə ki, sümüklər üzərinə şüşə örtük çəkilməli və vakuum vasitəsilə içəridəki hava çıxarılaraq sabit hava cərəyanı təmin edilməldir. Bilirsiniz, sümüklər çox həssasdır. Qışdan yaza keçid zamanı, havalar istiləşir və çürümə prosesi başlayır. Onların qorunması üçün hələki iki variant mövcuddur. Qeyd etdiyim kimi vakuumla havanın çıxarılması və ozon qazının içəriyə buraxılması yolu. Biz artıq üçüncü variant üzərində də işləyirik”.

“Sümüklər hələ ki eyni üsulla qorunur”

Q.Ağayevin sözlərinə görə, indiyə kimi Quba məzarlığındakı sümüklər bəsit üsullarla müdafiə edilirdi:
“Quba məzarlığında sümüklər bəsit üsullarla qorunurdu. Məsələn, nəmişlik olanda məzarlığa quru torpaq atırdıq və ya əksinə olduğu halda, nəm torpaq. Az da olsa, bu üsulun faydası var idi. Lakin eyni qaydadan artıq 10 ildir ki, istifadə edirik. Bizim bəzi işçilərimiz hələki sümüklərin eyni üsulla müdafiə olunmasına nəzarət edir”.

Günay Rəsulqızı
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed