Şrift:
Tramp Azərbaycana maliyyə yardımını dayandırır
25.04.2017 [15:02] - Xəbərlər, Siyasət
ABŞ prezidenti Donald Tramp Azərbaycana ayrılan maliyyə yardımını dayandırmaq niyyətindədir.

Davam.az APA-nın “foreignpolicy.com”a istinadən verdiyi məlumata görə bildirir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin büdcə layihəsində əksini tapıb.

Layihədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına düşən 7,716 milyon dollar maliyyə yardımı tam dayandırılıb.

Ermənistan üçün nəzərdə tutulan 17,633 milyon maliyyə dəstəyi isə 77,3 faiz azaldılaraq 4 milyona endirilib.

Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65% azaldacağını açıqlayıb.

Bununla belə, Konqresin prezidentin ixtisarlarını tam dəstəkləməyəcəyi gözlənilir.

Respublikaçı senator Lindsi Qren Trampın büdcə layihəsini ölü adlandırıb.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed