Şrift:
Türkiyədə türkdilli xalqların görkəmli bəstəkarlarının adları əbədiləşdirilib
26.04.2017 [10:34] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsinin Solaklar Qaya Evləri ərazisində türk dünyasının korifey bəstəkarlarının xatirəsinə qurulan evlərin açılışı olub. Həmin evlərdən birinə görkəmli azərbaycanlı bəstəkar Qara Qarayevin adı verilib. Qazaxıstandan Erkegali Rahmadiyev, Qırğızıstandan Kalıy Moldobasanov, Türkmənistandan Nuri Halmamedov, Başqırdıstandan Zagir İsmayılov, Tatarıstandan isə Nazib Jiganovun adları əbədiləşdirilib.

Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstandan olan tanınmış qadın bəstəkarlar, TÜRKSOY-un, Bolu və Seben rayonlarının rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Seben bələdiyyəsinin sədri Süleyman Özbaş çıxış ediblər. Onlar Türkiyənin ən qədim yaşayış yerlərindən olan bu bölgədə türkdilli xalqların görkəmli bəstəkarlarının adlarının əbədiləşdirilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, atılan bu addım türkdilli xalqların mədəniyyətinin qarşılıqlı şəkildə tanınmasında mühüm rol oynayacaq.

Rəmzi lent kəsiləndə sonra evlərlə tanışlıq olub.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed