Şrift:
İranlı millət vəkili türkləri ağır təhqir edib / Urmiyənin millət vəkili sərt reaksiya verib…
26.04.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türk milləti İran rəsmiləri tərəfindən növbəti dəfə təhqir edilib.

Məlumata görə, Somesəranın İran parlamentindəki millət vəkili və Məclisin İqtisadi Komissiyasının sözcüsü Kazım Delxoş, Bazirqan Gömrüyünə baxış keçirmək məqsədi ilə Güney Azərbaycanın Makı şəhərinə səfər edib. O səfər çərçivəsində keçirdiyi görüşlər zamanı türklərə qarşı təhqirə yol verib. Millət vəkilinin çıxışı onun Teleqram kanalında video şəkilində yayılıb. O “bunlar türkdür, heç nə anlamazlar!” ifadəsini işlədərək türkləri təhqir etməyə çalışıb. Video qısa müddət sonra Teleqram kanalından götürülüb.

Kazım Delxoş bundan öncə Güney Azərbaycan Qəzvin şəhərinin əhalisini də təhqir etmişdir. Onun bu əməli sərt reaksiya və etirazlara səbəb olmuşdur.

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri isə türklərin təhqir edilməsi faktına sərt reaksiya verərək Kazım Delxoşun üzr istəməsini tələb edib.

“Bu, tüqrklərə qarşı açıq-aşkar təhqirdir, zarafat kimi olsa belə, yenə də qəbuledilməzdir. “Bunlar türkdür, heç nə anlamazlar” ifadəsi istənilən halda təhqirdir, ona görə də Somesəranın millət vəkili dərhal üzr istəməlidir”- deyə Hadi Bahaduri vurğulayıb.

Urmiyənin millət vəkili Teleqram kanalında videonun yayılmasından ciddi narahatlığını dilə gətirib. “Təhqiramiz ifadənin olduğu videonun sosial şəbəkədə yayılması məsələni daha da qəlizləşdirib. Bu, təhqir məsələsi üzərindən qəbahəti götürmək məqsədi güdüb”- deyə o vurğulayıb.

Qeyd edək ki, İranda türk millətinin təhqir olunması ilk dəfə deyil. Türklərin kütləvi informasiya vasitələri, rəsmi şəxslər və televiziyalarda kobud şəkildə təhqir edilməsi dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub, etiraz aksiyalarında onlarla insan öldürülüb, çox sayda etirazçı həbs olunub.

FacebookTwitterGoogle+LinkedInEmailPrintFriendly
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed