Şrift:
Rusiya-Azərbaycan sərhədində meşə yanır
27.04.2017 [10:16] - Hadisə
Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb.
Yanğın Dağıstan ərazisində baş verib.
Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.
Yanğın 2 hektar sahəni əhatə edir. Əsasən quru ot və kollar yanır.
Bu xəbər oxucular tərəfindən 241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed