Şrift:
Deputatların etik davranışı ilə bağlı qanun layihəsində yeniliklər əksini tapıb
27.04.2017 [10:27] - Siyasət
Mayın 2-də Milli Məclisin plenar iclasına təqdim olunan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində bir sıra yeniliklər əksini tapıb.

Layihə aprelin 20-də MM-in İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan variantdan fərqlənir. Qanun layihəsinin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”.

8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed