Şrift:
Makedoniyada etirazçılar parlament binasını tutub
28.04.2017 [10:10] - Gündəm, Hadisə
Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar. Etirazlara parlamentə alban Talat Haferin spiker seçilməsi səbəb olub. Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.
Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.
Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed