Şrift:
Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib
28.04.2017 [10:22] - İdman
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib.
Altı saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub.
Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.
Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb.
VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed