Şrift:
Uşaqlar nə üçün yalan danışır?
28.04.2017 [10:31] - Köşə yazarları, Sosial
sveçin Stoqholm Universitetinin alimləri uşaqların nə üçüm yalan danışdıqlarını bilmək üçün xüsusi təcrübə həyata keçiriblər.

Araşdırmalar bunun üçün 2 səbəbin olduğunu üzə çıxardıb. Bunlardan biri uşaqların böyüklər qarşısında avtoritet qazanmaq istəyi, digəri isə cəzalanmaq qorxusu ilə bağlıdır. Məsələn, məktəbdə pis qiymət alan uşaq evdə yalan danışır ki, valideynlərindən tərif eşitsin.

İkinci – qorxuya görə yalan danışan uşaqlar isə hər hansı addıma görə onların cəza gözlədiyini bilərsə, yalan danışmağa çalışacaq. Xüsusən, məktəbədəqədərki uşaqlar yalan danışaraq istədiklərini əld etməyi anladıqları üçün yalana vərdiş edirlər.

Alimlərin fikrincə, bunun qarşısını almaq üçün uşağın yalan danışdığını müəyyən edən valideynlərin onu cəzalandırmaqdan çəkinməyi və düz danışmağa çağırmaları ilə bağlıdır.


Vüqar İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed