Şrift:
Erməni quldur dəstələri Tərtər və Qazax istiqamətində atəşkəsi pozublar
28.04.2012 [11:46] - Hərb
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan quldur dəstələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan quldur dəsrələri aprelin 27-də saat 15.30-dan 15.35-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.05-dən 19.10-dək, 22.45-dən 22.50-dək və aprelin 28-də 05.15-dən 05.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed